Samir Əliyev: "Millinin qapısı bu formanı geyinməyə layiq olanların üzünə açıqdır"

Azərbaycanın U-19 milli komandasının baş məşqçisi Samir Əliyev Türkiyənin Antalya şəhərində Şimali Makedoniya yığmasına qarşı keçirdikləri növbəti yoldaşlıq oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşü şərh edib:

 

“10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə yeddi dəyişiklik etmişdik. Sevindirici haldı ki, məğlub olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar. Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdır”.

Tarix: 27 Yanvar [22:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2020
16  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio