Kamal Mirzəyev 90 dəqiqə oynadı

00:56 - 2 Fevral 2020

Küveyt Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" evdə "Kazma" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

 

Kamal bu dəfə də 90 dəqiqə meydanda olub.

 

"Əl-Salmiyə" 20 xalla 10 komanda arasında 4-cü yerdə qərarlaşıb.

Xəbər xətti