Yunan-Roma güləşi üzrə millimizin İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atmasına ölkə rəhbərliyi yüksək qiymətləndirib.
Sportal.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla komanda hesabında Avropa 2-cisi olan yığmamızı prezident İlham Əliyev "twitter" səhifəsində təbrik edib:
"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".