Dani Alveşin avtomobili oğurlandı

Braziliyanın "San-Paulu" klubunda çıxış edən Dani Alveş xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, məşhur futbolçunun San-Paulunun Pineyros məhəlləsində maşını oğurlanıb. Avtomobiliin dayanacaqda saxlayan 36 yaşlı müdafiəçi geri qayıdarkən maşını tapmayıb.

 

Yerli polis oğruların mühafizəçini təhdid edərək, maşını apardıqlarını açıqlayıb.

Tarix: 13 Fevral [18:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Fevral 2020
17  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio