Ceymi Vardi yalnız türk futbolçudan geri qalır

15:46 - 18 Fevral 2020

Ceymi Vardi “Lester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 200-cü oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, o, bu göstərici ilə klub tarixində 2-cidir. 33 yaşlı hücumçu 1996-2004-cü illərdə "tülkülər"də forma geyinən Türkiyə millisinin sabiq üzvü Mustafa İzzətdən geri qalır.

 

İngilis futbolçu bu mövsüm Premyer Liqada 24 oyunda 17 qol vurub, 4 assist edib.

Xəbər xətti