Zaur Tağızadə üçün əlamətdar gün

16:37 - 21 Fevral 2020

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Qarabağ"da məşqçi kimi çalışan Zaur Tağızadənin 41 yaşı tamam olur.

 

Zaur Tağızadə 1979-cu il fevralın 21-də Bakıda doğulub. Mövqeyi yarımmüdafiəçi olub. Karyerası ərzində İslandiyanın “Akranes”, Estoniyanın “Lelle”, “Flora” (Tallin) və Azərbaycanın “Kür-Nur” (Mingəçevir”, “Şəfa”, MOİK, Neftçi klublarında oynayıb. Milli komandanın aparıcı üzvlərindən olub, 40 oyunda 6 dəfə fərqlənib..

 

Təbrik edirik!

 

 

Xəbər xətti