Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci

11:42 - 24 Fevral 2020

Bakının “Neftçi” klubunun futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu yubiley qoluna XVIII turun “Qəbələ” ilə səfər matçında (2:0) imza atıb. Ölkə çempionatında 2016/17 mövsümündə debüt edən forvard 40-cı qolunu 82-ci matçında vurub.
İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən Baqali sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

 

mövsüm

klub

oyun

qol

2016/17

Qəbələ

16

7

2017/18

Qəbələ

27

13

2018/19

Neftçi (Bakı)

26

14

2019/20

Neftçi (Bakı)

13

6

Cəmi

2 klub

82

40

 

 

Dabo Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 58-ci oyunçudur. O, bombardirlər siyahısında Fernando Peres, Junivan Suares, Mehman Allahverdiyev, Samir A. Məmmədov ilə 54-58-ci yerləri bölüşür.


Baqali “Neftçi”nin tarixində Premyer Liqada 20 və daha çox qol vuran 20-ci futbolçudur. O, bu göstəricidə Leonid Kalfaya çatıb.

Xəbər xətti