18-ci turun oyunlarını izləmiş azarkeş sayı məlum oldu

13:56 - 24 Fevral 2020

Premyer Liqanın XVIII tur oyunlarını stadiondan izləmiş azarkeş sayı məlum olub.

Sportal.az xəbər verir ki, ən yüksək göstərici "Əlincə Arena"da qeydə alınıb. "Sabah" - "Səbail" (0:0) matçını 1000 tamaşaçı tribunadan izləyib. Ən az maraq yaradan görüş isə "Qəbələ" - "Neftçi" oyunu olub. Meydan sahiblərinin 0:2 hesablı məğlubiyyətinə cəmi 400 nəfər şahidlik edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Qarabağ" - "Sumqayıt" (1:0) görüşünü 600, "ASK Arena"da baş tutmuş "Keşlə" - "Zirə" (4:0) matçını isə 550 azarkeş izləyib.

Ümumilikdə turun 4 oyununda 2550 tamaşaçı olub. Bu da hər matçı 637 nəfərin stadionda izləməsi deməkdi.

Xəbər xətti