"Real"da Hazard şoku

16:43 - 24 Fevral 2020

La Liqanın 25-ci turunda "Levante" ilə səfər görüşündə zədələnən “Real”ın futbolçusu Eden Hazardın durumu ciddidir.

 

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi topuğundan ağır zərbə alıb. Belçika millisinin baş məşqçisi Roberto Martines 29 yaşlı futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağını deyib.

 

Hazard mövsümün əvvəlində də zədələnmişdi. O, bu mövsüm La Liqada 10 oyun keçirib, 1 qol vurub və 1 assist edib. İspaniya mətbuatı ulduz futbolçunun 2 aylıq sıradan çıxdığını yazıb.

Xəbər xətti