Belə qırmızı vərəqə görülməyib - VİDEO

Şimali Makedoniya Yüksək Liqasının 20-ci turunda keçirilmiş "Makedoniya" - "Pandev Akademiyası" matçında maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, qonaqların müdafiəçisi Stefan Kostov 66-cı dəqiqədə qırmızı vərəqə alıb. 23 yaşlı futbolçu aut atmağa yollanarkən komanda yoldaşının topu oyuna daxil etdiyini görüb. Bu anda rəqib hücumçu topa yiyələnib.

 

Kəskin hücumun qarşısını almaq istəyən Kostov əlindəki topla hücumçunun arxasında qaçıb və meydanda olan topa vurub. Bu səbəbdən də hakim makedoniyalı futbolçu qırmızı vərəqə alıb.

 

90+6-cı dəqiqədə qol buraxan "Pandev Akademiyası" məğlub olub.

 

 

 

Tarix: 25 Fevral [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio