"Napoli" "Barselona" ilə oyuna ciddi itki ilə çıxacaq

12:33 - 25 Fevral 2020

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona”nı qəbul edəcək “Napoli” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçisi Kalidu Kulibali meydana çıxmayacaq. 28 yaşlı seneqallı futbolçu zədə səbəbindən kənarda qalacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti