Super Liqanın oyununda üzücü hadisə

12:55 - 25 Fevral 2020

Türkiyə Super Liqasının 23-cü turunda keçirilmiş “Kasımpaşa” – “Dənizlispor” matçında üzücü hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, oyunu tribunadan izləyən “Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin 2-ci hissənin gedişində infarkt keçirib.

 

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti