Avropa Liqasının oyunu təxirə salındı

19:15 - 27 Fevral 2020

Avropa Liqasının 1/16 final mərhələsində bu gün Bakı vaxtı ilə 00:00-da keçirilməsi planlaşdırılan "Zalsburq" -  "Ayntraxt" matçı təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Oyunun hansı vaxta keçirildiyi açıqlanmayıb.

 

Frankfurtdakı ilk görüşdə "Ayntraxt" Avstriya klubuna 4:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti