Azərbaycanın mövqeyi dəyişmədi

15:54 - 28 Fevral 2020

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz əvvəlki kimi 26-cı yerdə qərarlaşıb.

 

Son 5 ilin nəticələrinə görə 18,750 xala malik Azərbaycan ən yaxın izləyicisi Bolqarıstandan 1,375 xal öndədir, 25-ci olan Belarusdan isə 0,125 xal geri qalır.

Xəbər xətti