Ayxan Abbasov: "Şahmat yox, futbol oynayırıq"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 19-cu turunda evdə “Keşlə”yə qarşı keçirdikləri oyundan (2:2) sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis nəticəni şərh edib:

 

- Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Yaxşı hazırlaşmışdıq. İstədiyimiz qolları vurduq. Düzdür, sonradan qol buraxıb, qol da vurduq. Son dəqiqələrdə açıq futbol gedirdi. İki komandanın da imkanları oldu. “Keşlə” çempionatda 3-cü yerdə gedir. Hər oyunu final kimi dəyərləndirəcəyik.


- Yekun nəticənin ədalətli olduğunu düşünürsüz?
- Hər iki komandanın da imkanları oldu. Onlar da vura bilmədi, biz də. İlk hissədə bizim daha çox imkanımız oldu. 3-cü qolu da vura bilərdik.

 

- Vüqar Mustafayevin qayıdışı sizə problem yaradır sanki…
- Heç bir çətinlik yoxdur. Sevinirik ki, futbolçularımız hamısı sağlamdı. Vüqarın zədədən sonra belə oynaması sevindiricidir. Bu gün rəqibə görə heyət qurmuşduq.

 

- Azərbaycan Premyer Liqası ən intizamsız liqalardandır və “Sumqayıt” da bu baxımdan bizim çempionatda ilk yerdədir.
- Futbol oynayırıq, şahmat yox. Bizdə qırmızı vərəqə azdır. Ancaq sarı vərəqələr çox ola bilər. Bunu intizamsızlıq saymıram. Normaldır, belə bir statistika böyük əhəmiyyət kəsb etmir.


- Buraxdığınız hər iki qolda Mehdi Cənnətovun səhvinin olduğunu düşünmürsüz?
- İkinci qola baxmaq lazımdır. Slavikin mövsüm ərzində belə qolları olur. Onu boş buraxmamalıydıq. İlk qolda səhv var idi. Mehdinin yaxşı oyunları olub, ona inanırıq. Bu gün sırf bir futbolçudan danışmaq istəmirəm. Qələbəni əldən verdik.

Tarix: 29 Fevral [19:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 İyul 2020
3  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio