Bundesliqada futbol tarixində görünməmiş hadisə - VİDEO

11:11 - 2 Mart 2020

Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində keçirilmiş "Hoffenhaym" - "Bayern" matçında maraqlı hadisələr yaşanıb.

 

Sportal.az xəbər verir ki, hər iki komandanın futbolçuları son 13 dəqiqədə mübarizə aparmayıblar. "Bayern"in azarkeşlərinin səsləndirdiyi şüarlar və açılmış pankartlar buna səbəb olub. Qonaq fanatlar "Hoffenhaym"ın prezidentini də təhqir ediblər.

 

Futbolçular azarkeşlərə etiraz olaraq mübarizə aparmayıblar. Qarşılaşmada Münhen klubu 6:0 hesabı ilə qalib gəlib.

 

 

 

Xəbər xətti