Türkiyə millisində daha bir itki

19:02 - 4 Mart 2020

Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak zədələnib.

 

Sportal.az xəbər verir ki, Bundesliqanın 24-cü turunda "Köln"lə matçın 29-cu dəqiqəsində zədələnən futbolçu 9-12 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Həkimlər 19 yaşlı futbolçunu AÇ-2020-yə kimi hazır etməyə çalışacaq.

 

Türkiyə millisinin heyətində Merih Demiral, Yusuf Yazıcı, Cenk Tosun, Dorukhan Toköz və Nazım Sanqare uzun müddətlik sıradan çıxıb.

Xəbər xətti