Kamran Əliyevli "Ximki" Rusiya kubokunun yarımfinalında

11:45 - 6 Mart 2020

Rusiya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” evdə Moskva “Torpedo”suna 5:1 hesabı ilə qalib gəlib və yarımfinala adlayıb.

 

Kamran 86-cı dəqiqədə meydana daxil olub.

 

“Ximki” yarımfinalda “Şinnik” – “Ural” cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti