"Başakşəhər"in Avropa Liqasındakı oyunu azarkeşsiz keçiriləcək

17:05 - 6 Mart 2020

Avropa Liqasının 1/8 final mərhələsində "Kopenhagen"in "Başakşəhər"lə görüşü azarkeşsiz keçiriləcək.

 

Sportal.az xəbər verir ki, koronavirus epidemiyasının sürətlə yayılmasına görə belə qərar qəbul edilib.

 

Qarşılaşma martın 20-də "Parken" stadionunda baş tutacaq. Cütün ilk görüşü isə martın 12-də keçiriləcək.

Xəbər xətti