Bundesliqa klubunda baş məşqçi istefası

11:56 - 10 Mart 2020

Almaniyanın "Auqsburq" klubu baş məşqçisi Martin Şmidti istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi uğursuz nəticələrdən sonra 52 yaşlı mütəxəssislə yollarını ayırıb.

 

Alman mütəxəssis 2019-cu ilin aprelindən komandanı çalışdırırdı.

 

"Auqsburq" 25 turdan sonra 27 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

Xəbər xətti