Kamran Əliyev oynadı, "Ximki" qələbə qazandı

13:13 - 10 Mart 2020

Rusiya 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Kamran Əliyevin çıxış etdiyi “Ximki” evdə “Tomsk”a 3:0 hesabı ilə qalib gəlib.

 

Kamran 72-ci dəqiqədə meydana daxil olub. Azərbaycanın U-20 millisində oynamış 21 yaşlı hücumçu bu mövsüm 10 qol vurub.

 

“Ximki” 26 turdan sonra 53 xalla 1-2-ci pillələri bölüşür.

Xəbər xətti