Maykl Essyen Aftandil Hacıyevi sevindirdi

14:14 - 11 Mart 2020

Premyer Liqanın 19-cu turunda “Neftçi” ilə qarşılaşmada zədələnən “Səbail”in ulduz futbolçusu Maykl Essyen məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qanalı yarımmüdafiəçi zədəsini sağaldıb. Onun 21-ci turda "Sumqayıt"la matçda oynayıb-oynamayacağına komandanın baş məşqçisi Aftandil Hacıyev qərar verəcək.

 

Essyen bu mövsüm Premyer Liqada 10 oyun keçirib. Təcrübəli futbolçu qış fasiləsindən sonra əsas heyətdə meydana çıxır.

Xəbər xətti