Emil Balayev "Panatinaikos"un transfer hədəfində

14:59 - 16 Mart 2020

"Zirə"nin qapıçısı Emil Balayev yeni mövsümdən Yunanıstanda çıxış edə bilər.

 

Sportal.az newspao.gr saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı "Panatinaikos"un transfer siyahısındadır.

 

Afina klubu Kipr "Omoniya" klubunda çıxış edən Fabiano Ribeyro, Portuqaliyanın "Tondela" komandasında Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl ilə də maraqlanır.

 

Xəbərdə "Panatinaikos"un yayda azad agent statusuna malik olan və maaşı 200 min avronu aşmayan qapıçı almağa çalışacağı qeyd edilib.

 

Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti