UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verdi - finalların vaxtı məlum oldu

UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, yarışlar koronavirus təhlükəsi aradan qalxana kimi keçirilməyəcək. Bu qərar qitənin yerli çempionatlarına da şamil olunacaq.

 

UEFA təşkil etdiyi yarışları başa çatdırmaq üçün 2 işçi qrupu ayırıb. Yeni qurumda UEFA-dan və Avropa Klublar Birliyindən 4 nəfər təmsil olunacaq. Onlar təqvimi müəyyənləşdirəcək və maliyyə hesablarını hazırlayacaq.

 

"Marca"nın məlumatına görə, Avropa Liqasının finalı iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə iyunun 27-də baş tutacaq.

Tarix: 17 Mart [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio