Koronavirusun futbola ziyanı: itirilən milyardlar

Koronavirusun Avropanı cənginə alması qitə futboluna böyük zərbə vurdu.

 

Sportal.az xəbər verir ki, oyunların təxirə salınması ilə klublar yayım, bilet, sponsor gəlirlərindən məhrum oldu. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa çempionatlarının təxirə salınması ilə ümumi ziyan 4 milyard avroya yaxınlaşır.

 

UEFA və Avropanın top-liqalarında 541 qarşılaşmanın taleyi qeyri-müəyyəndir. Ən gəlirli liqa hesab edilən İngiltərə çempionatının 1,25 milyard avro itkiyə məruz qalacağı gözlənilir. İspaniya La Liqası 800-950 milyon avro, Almaniya Bundesliqası 650-750 milyon avro, İtaliya A Seriyası 550-650 milyon avro, Fransa I Liqasının 300-400 milyon avro itki ilə üzləşəcəyi proqnozlaşdırılır.

 

Futboldan əlavə maliyyə hesabları nəzərə alındıqda isə İngiltərə Premyer Liqasının itkisinin 10 milyard funt-sterlinqdən çox olacağı gözlənilir. "Mançester Yunayted" 613 milyon funt-sterlinq ziyan görüb.

 

Əgər mövsüm iyunun 30-dək başa vurulsa, itki bu qədər kritik olmayacaq.

Tarix: 19 Mart [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio