İbrahimoviç karyerasını bitirə bilər

12:41 - 22 Mart 2020

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda karyerasını başa vura bilər.

 

Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun müqaviləsi iyunun 30-da başa çatır. O, koronavirusa görə futbol dünyasının iflic olmağına görə belə qərar qəbul edib.

 

İsveçli futbolçu bu mövsüm 10 oyunda 4 qol vurub, 1 assist edib.

Xəbər xətti