"Trabzonspor" Lukoki ilə müqavilə imzalamağa hazırlaşır

13:08 - 3 Aprel 2020

Türkiyə Super Liqasının lideri "Trabzonspor" heyətinə yeni futbolçu cəlb edə bilər.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" Bolqarıtanın "Ludoqorets" klubundan ayrılan Codi Lukokini rənglərinə bağlamağı planlaşdırır. Ötən günlərdə Razqrad təmsilçisi ilə müqaviləsini pozan konqolu vingerin agenti Yohan Hansma Qara dəniz təmsilçisindən maraq olduğunu deyib:

 

"Koronavirusun yox olmağını gözləyirik. Digər tərəfdən də gələcək planları cızırıq. Lukoki Çempionlar Liqasında mübarizə aparacaq klubda oynamaq istəyir. Təklif çoxdur, amma ən ciddi yanaşan hazırda "Trabzonspor"dur".

 

"Ayaks"ın yetirməsi 2015-ci ildən "Ludoqorets"də çıxış edirdi.

Xəbər xətti