FIFA olimpiada üçün yaş həddini dəyişdi

15:05 - 4 Aprel 2020

FIFA gələn il keçiriləcək Tokio-2020 yay olimpiya oyunlarında çıxış edə biləcək futbolçuların yaş həddini artırıb.

 

Sportal.az xəbər verir ki, yeni yaş həddi 24 olacaq. Dəyişikliyə səbəb Tokio olimpiadasının koronavirus pandemiyasına görə 2021-ci ildə keçirilməsidir.

 

Qaydalara əsasən, olimpiadada heyətə yaşı 23-dən yuxarı olan yalnız 3 futbolçu daxil edilə bilərdi.

 

Tokio-2020də çıxış edəcək 16 komandadan 14-ü məlumdur: Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Fil Dişi Sahili, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya.

 

Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasından (CONCACAF) və Karib dənizi hövzəsindən hərəyə bir iştirakçı da yarışa qatılacaq.

 

Yay olimpiya oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər xətti