Rüştü evə buraxıldı

14:41 - 6 Aprel 2020

COVID-19 pandemiyasına yoluxmuş Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbər evə buraxılıb. 

 

Sportal.az xəbər verir ki, veteran qolkiper ev şəraitinə mülaicəsinə davam edəcək. Məlumatı keçmiş qapıçının xanımı İşıl Rəçbər yayıb. 46 yaşlı sabiq oyunçu 10 gün xəstəxanada qalıb.

 

Rüştü "Fənərbaxça", "Barselona" və "Beşiktaş" kimi klublarda çıxış edib. O, Türkiyə Futbol Federasiyasında futbol inkişafı üzrə koordinatordur.

Xəbər xətti