Zaur Həşimov: “Anastasios Papazoqlunu cəzalandırmağı düşünürük”

“Vaxtımın böyük hissəsini evdə keçirirəm. Ehtiyac yarandıqda harasa gedirəm. Bundan başqa, komanda üçün onlayn məşqlər təşkil edirik. Mümkün qədər futbolçularla məşğul oluruq. Ancaq bu da çox çəkmir, təxminən 1 saat davam edir. Məşqçilərlə, futbolçularla danışırıq”.

 

Sportal.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən karantin dövründə fəaliyyəti barədə danışarkən söylədi. Gənc çalışdırıcı virtual məşqlərlə futbolçulardan istədiklərini almağın mümkünsüzlüyünü qeyd etdi:

 

“Təxminən bir həftədi məşqlərə start vermişik. Təbii ki, meydandakı və evdəki məşqlər çox fərqlidi. Bundan heç bir halda istədiyini ala bilməzsən. Çalışırıq ki, ən azı bədən tonusda qalsın. Biz başlamadan əvvəl özləri də mümkün qədər məşq ediblər. İndi də komanda şəklində başladıq ki, bir yerdə olaq. Ümumən, həmişə meydanda olmuşuq. İndi evdən oturub futbolçulara baxmaq, onlara nəzarət etmək çətin gəlir, çox çətindi”.

 

Mövsümün yenidən bərpa ediləcəyi sual altındadı. Hətta ləğv edilməsi də müzakirə edilir. Belə olacağı təqdirdə isə ən çox ziyan çəkəcək klublardan biri “Zirə” olacaq. Komandanın xalı “Sumqayıt”la bərabər olsa da, əlavə göstəricilərə görə 5-cidi və mövsüm davam etdirilməsə, avrokuboklardan kənar qalacaq. Həşimov çempionatın ləğvinin idman prinsiplərini pozacağı fikrindədi:

 

“Mövsümün bərpa ediləcəyinə inanırıq. Çünki UEFA-nın da son tövsiyyələri belədi ki, çempionatlar sona çatdırılmalıdı. Ləğv olunsa, idman prinsipləri pozulacaq. Belə qərar verilməsini, ümumiyyətlə, bunun baş verməsini istəməzdik”.

 

Həmsöhbətimiz komandanın yunanıstanlı futbolçusu Anastasios Papazoqlunu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda koronavirusla bağlı vəziyyəti şübhə altına salan fikirlər səsləndirməsinə görə cəzalandırmağı düşündüklərini bildirdi:

 

“Onun açıqlamalarından xəbərim var. Bilirsiz ki, mən Papazoqlunu qışda əvəzedici komandaya göndərmişdim. Daha doğrusu, ümumiyyətlə, komandadan göndərmişdim. Sadəcə, müqaviləsi var idi deyə, getmədi, qaldı. Onun sözləri haqqında tədbir görüləcək. Cəza verməyi düşünürük” (futbolpress.az).

Tarix: 20 Aprel [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio