Klublar məşqlərə başlaya bilərmi? – Nazirlər Kabinetindən açıqlama

"Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb".

 

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O, hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib. Məmmədov komandaların məşqlərə başlamasının nə dərəcədə mümkünlüyü barədə sualı isə belə cavablandırıb: "Mən Operativ Qərargah adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur". 

 

Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb. Çempionat bərpa olunanadək ilk növbədə, futbolçulara məşqlərə başlamaları üçün də icazə verilməlidir. 

 

Daha əvvəl Oğuzda karantin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs cərimələnib. 

Tarix: 21 Aprel [14:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio