"Lester Siti" "Lill"in ulduzunu hədəfə aldı

11:46 - 27 Aprel 2020

"Lester Siti" yay transfer planını cızır.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lill"in nigeriyalı hücumçusu Viktor Osimhen üçün transfer büdcəsi ayırıb. "Tülkülər" 21 yaşlı forvardın keçidi üçün 60 milyon funt-sterlinq ödəməyə hazırdır.

 

Komandanın baş məşqçisi Brendan Rocers Ceymi Vardinin 33 yaşında olduğunu nəzərə alaraq, gənc oyunçunun transferini tələb edib.

 

Nigeriya millisinin üzvü ilə "Mançester Yunayted", "Çelsi" və "Everton" da maraqlanır.

 

Osimhen bu mövsüm 38 oyunda 18 qol vurub, 6 assist edib.

Xəbər xətti