5 het-trik, 1 poker, 1 penta-trik - statistika

“Qəbələ”nin tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb.

 

Sportal.az xəbər verir ki, bunlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb. Bu qarşılaşmaların hamısında “qırmızı-qaralar” böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer Liqada 3, Azərbaycan kubokunda 2, Avropa Liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.

 

İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/06 mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov “Energetik”in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.

 

Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, Premyer Liqanın Sumqayıtdakı görüşündə “Gənclərbirliyi”nin qapısından dörd top keçirib.

 

İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, Premyer Liqada bunu bacaran ilk futbolçu Fərzad Hatəmidir. Poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo Premyer Liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.

 

Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan “Samtredia”sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.

 

“Qəbələ”də penta-trik

Rövşən Əhmədov

10.05.2006. Birinci dəstə. “Gilan” – “Energetik” – 6:0

 

“Qəbələ”də poker

Vitali Balamestnı

11.11.2007. Premyer Liqa. “Gənclərbirliyi” – “Qəbələ” – 0:6

 

“Qəbələ”də het-triklər

Vüsal Qarayev

10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0

 

Farzad Hatəmi

17.06.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3

 

Teo Uiks

30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1

 

Baqali Dabo

10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8

 

Filip Ozobiç

29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0.

Tarix: 1 May [13:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio