"Qarabağ"dan 1500 nəfərə ərzaq yardımı

“Qarabağ” koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyinin, baş məşqçi və bir neçə futbolçunun maddi dəstəyi ilə 1500 nəfərlik ərzaq yardımı paketi hazırlanıb və Ağdam rayonunun kəndlərində paylanılıb. Klub “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu addımı atıb.

 

Daha öncə “Qarabağ”ın sponsoru olan “Azersun” Holdinq Koronavirusla Mübarizə Fonduna 2 milyon, komandanın baş məşqçisi Qurban Qurbanov 20 min, futbolçular isə 50 min manat məbləğində yardım ediblər.

Tarix: 2 May [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio