Marko Deviç: "Koronavirusa görə bu qərarı verdim"

11:11 - 4 May 2020

Karyerasını "Sabah”da başa vuran Ukrayna millisinin sabiq futbolçusu Marko Deviç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu koronavirusa görə karyerasını başa vurduğunu deyib:

 

"Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə olan müqavilə bu qərarı verməyimə təsir etdi.Artıq məşqə getmək üçün özümü həvəsləndirə bilmirdim. Ailəmlə fikirləşdim və sadəcə meydanda futbolla vidalaşdım. Uzun müddət ölkə xaricində çıxış etdim və bundan qürür duyuram. Futboldan tamam ayrılmamışam. İdarəedici və ya məşqçi olacam. "A" lisenziyam var və yüksək məşqçilik kursunda iştirak etməyi planlaşdırıram".

Xəbər xətti