"Qarabağ" albaniyalı qapıçı üçün təklif yolladı

21:21 - 11 May 2020

"Qarabağ" Türkiyə I Liqa təmsilçisi "Menemenspor"un qapıçısı Qentian Selmanini transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Cenk Laleci "Radyospor"a açıqlamasında bildirib:

 

"Selmani ilə təkcə ölkəmizdən deyil, xaricdən də maraq var. Onun üçün "Qarabağ"dan təklif gəlib. Klubumuz "Qarabağ"la danışıq aparır".

 

Albaniyanın U-21 millisində oynamış qapıçının Türkiyə klubu ilə müqaviləsi 2021-ci ilin yayında tamamlanacaq. 22 yaşlı əlcək sahibi 2019-cu ildə Albaniyanın "Laçi" klubundan "Menemenspor"a keçib. Selmani bu mövsüm 28 oyun keçirib.

Xəbər xətti