Quldurlar Dele Allini döyüb, evini taladı

12:02 - 14 May 2020

"Tottenhem"in futbolçusu Dele Alli mayın 12-də evində xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Londonda yaşayan futbolçunun evinə bıçaqlı quldurlar girib. Hadisə futbolçunun sevgilisi və qardaşı ilə bilyard oynadığı vaxt yaşanıb.

 

Quldurlar hər üç şəxsin üz-gözünü pis hala salıb, evi yağmalayıblar. Soyğunçular ingilis oyunçuya 2 milyon funt-sterlinqdən çox ziyan vurub.

 

Sifətində yaralar olan 24 yaşlı futbolçunun vəziyyəti yaxşıdır.

 

Hadisəni araşdıran polislər kameraya düşən görüntülərlə quldurları tapmağa çalışır.

Xəbər xətti