"Roma" Cengizin transfer qiymətini müəyyənləşdirdi

12:19 - 14 May 2020

İtaliyanın "Roma" klubu ən yaxın transfer pəncərəsində Cengiz Ündər üçün gələcək transfer təkliflərini dəyərləndirəcək.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçini 24 milyon avroya satmağa hazırdır.

 

22 yaşlı futbolçu ilə "Arsenal", "Tottenhem", "Bayer", "Napoli" və "Milan"ın maraqlandığı iddia edilir.

 

"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm 20 oyunda 3 qol vurub.

 

Xəbər xətti