Bundesliqa klublarına 5 oyunçu dəyişikliyi haqqı verildi

Futbol mövsümünü bərpa etməyə hazırlaşan Almaniyada Klublar Birliyinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, videokonfransda IFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) oyun ərzində 5 futbolçu əvəzlənməsi ilə bağlı qəbul etdiyi qərar müzakirə edilib.

 

Mayın 16-da bərpa ediləcək Bundesliqa və II Bundesliqada yeni qayda tətbiq ediləcək. Mövsümün iyunun 28-də tamamlanması gözlənilir.

 

5 oyunçu dəyişikliyi dekabrın 31-dək qüvvədə olacaq.

Tarix: 15 May [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio