Del Pyero xəstəxanaya yerləşdirildi

10:28 - 18 May 2020

İtaliya millisinin və "Yuventus"un keçmiş futbolçusu Alessandro Del Pyero xəstəxanaya yerləşdirilib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı veteran hücumçu böyrək daşlarına görə Los-Ancelesdəki xəstəxanaların birindədir.

 

"3 millimetrlik kiçik daşın bu qədər pis olacağına inanmırdım", - Del Pyero "Instagram"da qeyd edib.

Xəbər xətti