Martinesin müqaviləsi uzadıldı

14:49 - 20 May 2020

Belçika Futbol Federasiyası millinin baş məşqçisi Roberto Martineslə müqavilənin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı çalışdırıcının yeni sözləşməsi 2022-ci ilə qədər nəzərdə tutulub.

 

46 yaşlı mütəxəssis 2016-cı ildən yığmaya rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə DÇ-2018-də üçünçü yeri tutub.

Xəbər xətti