Jorjinyonun agentindən "Yuventus" açıqlaması

13:13 - 21 May 2020

"Çelsi"nin futbolçusu Jorjinyonun agenti Joao Santos müştərisinin "Yuventus"a keçəcəyi ilə bağlı iddia edilən xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, o, Turin təmsilçisinin nümayəndələri ilə əlaqə saxlamadığını deyib:

 

"Yuventus" Avropanın ən yaxşı klublarından biridir və hər futbolçu bu komandada oynamaq istəyər. Ancaq Turin klubunun idman direktoru Fabio Paratiçi ilə danışmamışam. Jorjinyonun "Çelsi" ilə 3 illik müqaviləsi var. Londonda işlər yaxşı gedir. Mən də bu barədə qəzetlərdə görmüşəm".

 

İtaliya millisinin üzvü olan 28 yaşlı yarımmüdafiəçi bu mövsüm 37 oyunda 7 qol vurub, 2 assist edib.

 

Xəbər xətti