"Mançester Siti"nin Aquero ilə bağlı qərarı

"Mançester Siti" hücumçusu Serxio Aqueronu satmaq fikrində deyil.

 

Sportal.az xəbər verir ki, bir müddət öncə "Real" və "İnter" rəsmiləri argentinalı futbolçunun agenti ilə əlaqə qurub. Mançester təmsilçisi 31 yaşlı futbolçunu satmaq fikrindən uzaq olduğunu diqqətə çatdırıb.

 

Aquero 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə keçib. 31 yaşlı hücumçu bu mövsüm 30 oyunda 23 qol vurub, 3 assist edib. Argentinalının müqaviləsi 2021-ci ilin yayında başa çatır.

 

Tarix: 22 May [10:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio