Şehiç "Beşiktaş"la anlaşdı

18:18 - 23 May 2020

Loris Kariusun yerinə qapıçı axtaran "Beşiktaş" İbrahim Şehiçlə anlaşıb.

 

Sportal.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, mövsümün sonunda "Ərzurumspor"la müqaviləsi bitəcək bosniyalı qolkiper İstanbul təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

 

31 yaşlı qapıçı Türkiyə 1-ci liqasında keçirdiyi 28 oyunun 13-də qapısını toxunulmaz saxlayıb.

 

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

 

Xəbər xətti