"Roma"nın keçmiş futbolçusu məşqdə vəfat etdi

10:47 - 26 May 2020

“Roma”nın keçmiş futbolçusu Jozef Buasse vəfat edib.

 

Sportal.az xəbər verir ki, bu il Rumıniyanın “Universitatya Kluj” klubuna transfer olan 21 yaşlı kamerunlu yarımmüdafiəçi komandanın məşqində infarktdan ölüb.

 

Bu, Rumıniya klubu koronavirus pandemiyasına görə 2 aylıq fasilədən sonra ilk məşqi idi.

Xəbər xətti