Beylə müştəri tapılmır

16:44 - 28 May 2020

"Real"ın futbolçusu Qaret Beyl daha bir mövsüm komandada qala bilər.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, "kral klubu" uelsli vinger üçün hələ təklif almayıb. İngiltərənin "Nyukasl" klubu 30 yaşlı oyunçuya maraq göstərsə də, təklif göndərməyib.

 

Bu səbəbdən Beyl Madrid klubunda qala bilər. Təcrübəli oyunçu 2013-cü ildən "Real"da çıxış edir.

Xəbər xətti