Maaşının azaldılmasına razılaşmadığı üçün müqaviləsi uzadılmadı

Almaniyanın "Union Berlin" klubu hücumçusu Sebastian Polterin başa çatan müqaviləsini uzatmayıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə 29 yaşlı oyunçunun maaşının azaldımasına razılaşmaması olub. Berlin klubunun prezidenti Dirk Zinqler bu barədə məlumat yayıb:

 

"Klubumuzun əsas dəyərləri bir-birimizi dəstəkləmək və bir olmaqdır. Təəssüf ki, Polter maaş enditiminə razı olmayan tək futbolçu idi. Bunu anlaya bilmirik və bizə təsir edir. Sebastianın komandamızın bir hissəsi olmayacağına qərar vermişik. Qərar dərhal qüvvəyə minir".

 

Alman futbolçu 2017-ci ildən "Union Berlin"də oynayırdı.

Tarix: 29 May [10:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio