Paşayev qələbədə iştirak etdi

08:49 - 31 May 2020

Ukrayna Premyer Liqasında 2019/2020 mövsümü bərpa olunub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" 24-cü turda doğma meydanda "Zarya" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

 

Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 45-ci dəqiqədə sarı vərəqə alıb.

 

"Aleksandriya" 43 xalla 5-cidir.

Xəbər xətti