"Real" transfer etməyə bilər

09:46 - 31 May 2020

"Real" yayda heyətinə yeni oyunçu qatmaya bilər.

 

Sportal.az "Marca" nəşrinə istinadla xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı "kral klubu"na ciddi təsir edib. Buna görə də Madrid təmsilçisinin ən yaxın transfer pəncərəsində futbolçu almaması mümkündür.

 

Transferlər yalnız çox sayda oyunçu satılacağı halda, gerçəkləşə bilər. Ancaq indi bunun baş verəcəyi mümkün görünmür. Bir çox klub yüksək ödənişli futbolçu almağa hazır görünmür.

Xəbər xətti