Timo Verner "Çelsi" ilə anlaşdı

00:33 - 5 İyun 2020

"Leyptsiq"in hücumçusu Timo Verner "Çelsi" ilə anlaşıb.

 

Sportal.az "Bild" nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi Almaniya millisinin üzvünün keçidi üçün 60 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçunun illik maaşı 10 milyon avro olacaq.

 

Adı uzun müddət "Liverpul"la halanan futbolçu ilə 5 illik anlaşma əldə edilib.

 

Verner bu mövsüm 40 oyunda 31 qol vurub, 12 assist edib.

Xəbər xətti